RU

Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzanın təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Bakıdan Qazaxa hərəkət edən "Mercedes" markalı "Sprinter" sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib. İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır.

Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir.



***
08:01

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəmkirdə
Избранный
187
4
apa.az

10Источники