Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində - Dəllər-Cəyir kəndində qeydə alınıb.
İlkin məlumata görə, mikroavtobus yük maşınına çırpılıb.
Qəza nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.