RU

Ukrayna Rusiyanın Azərbaycan qazının nəql olunduğu infrastruktura hücumlar həyata keçirdiyini təsdiqləyib

Bakı. Trend:

2025-ci il avqustun 6-na keçən gecə Rusiya Ukraynanın Odessavilayətində yerləşən və Ukraynaya təbii qazın şaxələndirilmişmarşrutla çatdırılmasını təmin edən qaz nəqli sistemi operatorunaməxsus kompressor stansiyasına məqsədyönlü hücum həyatakeçirib.

Trend xəbər verirki, bu haqda Ukraynanın Energetika nazirliyi məlumat yayıb.

“Bu kompressor stansiyası Yunanıstanın LNG terminallarınıTransbalkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları iləbirləşdirən marşrutun tərkib hissəsi idi və bu marşrutla artıqABŞ-dan LNG və sınaq həcmlərində Azərbaycan qazı tədarükolunmuşdu”, – nazirlikdən bildirilib.

Həmçinin, avqustun 6-na keçən gecə göstərilən tədarükləri təminedən avadanlıq onlarla zərbəçi PUA-sı tərəfindən hücuma məruzqalıb.

Nazirliyin bəyanatına görə, bu hücumlarla Rusiya Federasiyasısırf mülki infrastruktur obyektinə, konkret olaraq enerji sektorunavə eyni zamanda Azərbaycan, ABŞ və Avropa tərəfdaşları iləmünasibətlərə qarşı yönəlmiş zərbə endirib.

Qeyd olunur ki, hücumun nəticələrinin müəyyənləşdirilməsi üçünərazidə mütəxəssislər çalışır.

“Rusiyanın Transbalkan marşrutunun əsas kompressor stansiyasınaPUA-larla həyata keçirdiyi kütləvi hücum onu göstərir ki, MoskvaAvropanın enerji müstəqilliyini və alternativ qaz tədarükmarşrutlarını məhv etmək üçün bütün mövcud vasitə və rıçaqlardanistifadə edəcək”, – Ukraynanın energetika naziri Svetlana Qrinçukbildirib.

Məqalədə:
Избранный
104
4
az.trend.az

6Источники