RU

UEFA dan “Araz Naxçıvan” üçün 4 təyinat

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan”ın yer aldığı qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

İdman.biz xəbər verir ki, UEFA 4 referiyə təyinat göndərib.

Orest Dutsyak (Ukrayna), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro) və Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
18
icma.az

10Источники