AZ

“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

90deqiqe.Az  Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qrupun matçlarında 4 referi ədaləti qoruyacaq. Orest Dutsiak (Ukrayna), Qonsalu Felipe Santuş Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro) və Aleksandar Vanqelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi (İsrail) yerinə yetirəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Komanda avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” klubları ilə qarşılaşacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Seçilən
17
23
90deqiqe.az

10Mənbələr