Karol Navrotski rəsmi olaraq Polşa Prezidenti vəzifəsinə başlayıb.
Viral.az/” target=”_blank”>Viral.az–ın Polşa KİV-inə istinadən verdiyi məlumata görə, andiçmə mərasimi avqustun 6-da parlamentin aşağı palatası olan Seymin plenar iclaslar zalında keçirilib.
Konstitusiyaya uyğun olaraq, Navrotski hər iki palatanın – Seym və Senatın deputatlarından ibarət olan Milli Məclis qarşısında and içib.
Son Yazılar:
- Polşa prezidentinin andiçmə mərasimi keçirildi
- Putin Uitkoffu qəbul etdi – VİDEO
- Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kq narkotik vasitə aşkarlandı
Seymin spikeri Şimon Holovnya, Navrotskinin dövlət başçısı vəzifəsinə başlamasını rəsmi olaraq təsdiqləyib.
Ənənəvi olaraq andiçmə mərasimində deputatlar və senatorlar, Baş nazir Donald Tusk da daxil olmaqla hökumət nümayəndələri, həmçinin din xadimləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.