RU

Bu qurumdan dəstək aldı: "Barselona" onu cəzalandıra bilməyəcək?

"Barselona"nın qapıçısı və kapitanı Mark-Andre ter Ştegen klubla yaşadığı mübahisədə mövqeyində qalmaqda israrlıdır.

Publika.az xəbər verir ki, məşqçilər heyəti alman qolkiperə artıq əsas heyətdə ona yer verilməyəcəyini bildirib. Bundan sonra ter Ştegen şəxsi sosial şəbəkə hesabında belindən əməliyyat olunacağını açıqlayıb. Qeyd olunmalıdır ki, o, bu qərarı klubla razılaşdırmadan verib.

Bundan əlavə, ter Ştegen La Liqanın tibbi komissiyasına təqdim olunacaq zədə ilə bağlı sənədi imzalamaqdan da imtina edib. Bu sənədin imzalanması halında "Barselona" başqa bir futbolçunu qeydiyyatdan keçirə bilərdi.

RAC1-in məlumatına görə, İspaniya Futbolçular Assosiasiyası (AFE) artıq ter Şegenlə əlaqə saxlayaraq, klubun onu bu qərara görə cəzalandırmaq üçün hüquqi əsaslara malik olmadığını bildirib.

Избранный
43
publika.az

1Источники