RU

Dovbik "Roma"da qalacaq? - baş məşqçi açıqladı

"Roma"nın baş məşqçisi Can Pyero Qasperini ukraynalı hücumçu Artem Dovbikin komandada qalacağına eyham vurub.

90deqiqe.Az-ın "RomaNews"a istinadən yaydığı məlumata görə, təcrübəli çalışdırıcı 28 yaşlı forvardı güclü futbolçu kimi qiymətləndirib və onun transferinə xərclənən məbləğin özünü doğrultduğunu bildirib.

Mütəxəssis həmçinin hücumçunun inkişaf etdirməli olduğu müəyyən keyfiyyətlərinin olduğunu, futbolçunun bu istiqamətdə ciddi şəkildə çalışdığını vurğulayıb.

Daha əvvəl futbolçunun yeni taktiki sxemə uyğun gəlmədiyi və klubun onu 40 milyon avroya satmağa hazır olduğu barədə məlumatlar yayılmışdı.

Ukraynalı futbolçunun "Roma" ilə olan müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. Transfermarkt portalına əsasən, Dovbikin bazar dəyəri 30 milyon avrodur. O, 2024/2025 mövsümündə 45 oyunda iştirak edərək 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
8
90deqiqe.az

1Источники