RU

İtirdiyim dostlarla yuxuda görüşürəm... ANAR

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 4-də Azərbaycanın görkəmli publisist, Xalq yazıçısı Elçin Əfəndiyev vida mərasimindən sonra doğmalarının və sənət dostlarının müşayiəti ilə son mənzilə yola salındı.

Onunla vida mərasimi akademik səviyyədə, yüksək ehtiramla keçirildi. Hüzünlü vidada iştirak edənlər arasında Azərbaycan ədəbiyyatının canlı klassiklərindən sayılan Xalq yazıçısı Anar da vardı.

Modern.az xəbər verir ki, Anar bu gün şəxsi “Facebook” hesabında illər əvvəl itirdiyi dostlarına həsr etdiyi şeiri yenidən paylaşaraq yaxın dostu Elçinə ehtiramını bu cür də bildirib. 

Həmin şeiri təqdim edirik:

"İtirdiyim dostlarla

yuxuda görüşürəm.

maska filan taxmadan

görüşüb-öpüşürəm.

Gündüz ölən dostlarım

Gecə yuxuma girir.

Mən burdan danışıram.

Soruram: orda nə var?

Cavab vermir heç biri,

Məlul-məlul baxırlar.

Oranın ünsiyyəti

bəlkə, susub baxmaqmış.

Görəsən, o dünyada

yuxular belə varmış?

Ordakı dostlarım da

Hərdən görürmü məni,

ordakı yuxularda?

Əslində, kim bilir kim,

Kimdi yuxulu, ayıq?

Bəlkə, onlardı oyaq

Biz burda yuxudayıq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
1
modern.az

2Источники