"Mançester Yunayted" Benyamin Şeşko üçün "Leyptsiq"ə təklifini edib.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" sloveniyalı hücumçu üçün Almaniya klubuna 74 milyon funt-sterlinq təklif edib.
Bu barədə Almaniyanın "BILD" nəşri məlumat yayıb.
Şeşko ilə bir digər İngiltərə klubu "Nyukasl" da yaxından maraqlanır. Onlar da artıq "Leyptsiq"ə təklifini verib.
22 yaşlı hücumçu hələlik yekun qərarını verməyib. Hər iki klubun bu transferdə şansı eynidir.