RU

Təbrizdə sənətçinin evində axtarış aparılıb

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avqustun 4-də təhlükəsizlik məmurları məhkəmə hökmü olmadan təbrizli xanım sənətçi Aşqın İmaminin evinə hücum ediblər.

Gunaz.tv

Bu haqda onun yaxınları məlumat yayıb.

Məlumata görə, məmurlar evdə axtarış aparıb, sənətçiyə məxsus telefon, komputer və başqa şəxsi əşyaları müsadirə ediblər.

Qeyd edək ki, Azərbaycan mahnıları və musiqilərinin ifaçısı Aşqın İmami, həm də virtual məkdanda Azərbaycan dili kursları keçirir.

Bu, son 1 il ərzində Aşqın İmaminin evinə ikinci hücumdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
icma.az

2Источники