London məhkəməsi cinsi təcavüzdə ittiham edilən qanalı futbolçu Tomas Parteyi zaminə buraxıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İstintaqın versiyasına görə, Partey 2021-2022-ci illər arasında iki qadına qarşı təcavüzdə iştirak edib.
32 yaşlı yarımmüdafiəçi ona qarşı irəli sürülən beş ittihamın heç birini qəbul etməyib. Məhkəmənin növbəti iclası 2 sentyabrda keçiriləcək.