Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Niderland millisinin sabiq oyunçusu Uesli Sneyderin oğlu Cessi ilk peşəkar müqaviləsini imzalayıb.18 yaşlı yarımmüdafiəçi “Utrext”lə 3 illik müqavilə bağlayıb. Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. Cessi “Utrext” U-21 gənclər komandasında çıxış edəcək.Atası Uesli sosial şəbəkə hesabında bunları paylaşıb: “Səninlə fəxr edirəm. Qətiyyətin və iradən mükafatlandırıldı. Hər şey yeni başlayır. Uğurlar, oğlum”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.