RU

Məşhur müğənni bacısını qocalar evinə yerləşdirdi

Türkiyəli tanınmış müğənni Səda Sayan bacısını Alzheimer xəstəliyi səbəbilə qocalar evinə yerləşdirib. 


Referans  xarici mediaya istinadən xəbər verir ki, Sayan jurnalistlərə açıqlamasında bildirib ki, bacısının səhhəti gündən-günə pisləşir və artıq


küçədə gəzməsi onun üçün təhlükəli hal alıb:


“Bacılarımdan birini məcburən qocalar evinə yerləşdirdim. Alzheimer xəstəliyinə tutulduğu üçün küçədə gəzir, itir, bəzən onu polis bölməsindən

götürmək məcburiyyətində qalırdıq. Əzab çəkirik. Başımıza gələnləri danışmaq belə çətindir. Həm özü üçün, həm də ətrafı üçün ciddi təhlükə

yaradırdı”.


Müğənni əlavə edib ki, bu qərar çətin olsa da, hazırda bacısı daha təhlükəsiz və nəzarətli şəraitdədir:

 

“Ən azından indi harada olduğunu bilirik. Baxıma ehtiyacı olduğu üçün burada daha yaxşı qulluq olunur”.


Sayan ailə üzvlərinin bu vəziyyətdən emosional olaraq çox təsirləndiyini də vurğulayıb.


 

Избранный
41
4
referans.az

5Источники