Dünyaca məşhur müğənni və aktrisa Jennifer Lopez, 4-cü dəfə keçirilən İstanbul Festivalı çərçivəsində sabah Yenikapı Etkinlik Alanında verəcəyi möhtəşəm konsertdən öncə İstinyədə alış-veriş turuna çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, mühafizəçiləri ilə birlikdə İstanbul küçələrində gəzən və vitrinləri maraqla izləyən 56 yaşlı ulduz, bəyəndiyi mağazalara girərək alış-veriş edib. Onu görən vətəndaşlar dərhal mobil telefonlarına sarılaraq şəkil çəkdirib, Lopez də pərəstişkarlarının foto istəklərini geri çevirməyib.
Patronlar Dünyası-nın xəbərinə görə, məşhur ulduz alış-veriş zamanı İstinye Parkda yerləşən tanınmış bir geyim mağazasına daxil olmaq istəsə də, mağazanın təhlükəsizlik əməkdaşından "Doluyuq" cavabını alıb. Jennifer Lopez vəziyyəti problem etməyərək "Tamam, problem deyil" deyib və geri dönüb.
Daha sonra Lopez başqa mağazalarda vaxt keçirdiyi müddətdə həmin mağazanın əməkdaşı onu içəri dəvət etsə də, ulduz bu dəvəti qəbul etməyib.