RU

GƏNCƏDƏ ağacların “soyqırımı”- Küçələrdə od vurulan ZİBİLLƏR…

Bir neçə gün öncə, Ajans.az Gəncə şəhərində küçələrin bərbad vəziyyətdə olması, ağacların quruması haqqında məlumat vermişdi. Məlumat paylaşıldıqdan sonra, saytın qaynar xəttinə şəhərdəki vəziyyətlə bağlı şikayətlər daxil olmağa davam edir. Belə ki, Gəncə şəhərindən Qasımov Kamil Nadir oğlu tərəfindən daxil olan məlumata görə, şəhərdə ağaclar susuzluqdan quruyur, küçələrdə zibillər yığılmaq əvəzinə olduğu yerdəcə yandırılır.  Baxmayaraq ki, zibillərin yığılıb aparılması tapşırılıb. Eyni hallar şəhərin digər küçələrində də baş verir. Gəncə şəhəri Atatürk prospektində küçələrdə zibil yığılması və daşınmasında problemlər var. Zibil yığılması üçün istifadə olunan yük maşının üstü açıqdı.  Şəhərin Zülfü Hacıyev küçəsi, Dəmir Yolları parkında ağaclar susuzluqdan quruyub. Parkın vəziyyəti bərbad haldadır. Hava şəraiti normal olmasına baxmayaraq ağaclar məhv olur. Parkın ərazisindəki ağacların suvarma vasitələri yoxdur. Həmçinin ərazidəki fontan işləmir, oturacaq skamyaları da istifadəyə yararsız haldadır. Parkın təmizliyinə heç bir qurum diqqət yetirmir. Məişət tullantıları isə yığılmaq əvəzinə parkın içində yandırılır. Quruyub aşmış ağaclar da təmizlənmir. Şikayətçi Qasımov Kamil parkda bütün bu işləri görmək üçün işçilərin olmadığını bildirir. Gəncə şəhəri Poçt qəsəbəsi Rüfət Əliyev küçəsində də yaşıllıqlar eyni vəziyyətdədir. Ağacların hamısı quruyub. Yaşıllıqların yerləşdiyi bəzi ərazilərdə artezian su sistemi olmasına baxmayaraq, ağaclar sulanmır. Kamil Qasımov bütün bu problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, ancaq heç bir tədbir görülmədiyini də bildirib.

Избранный
44
Ajans.az

1Источники