“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim çalılşdırdığı komandada çoxlu oyunçuya ehtiyac duymadığını bildirib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, 40 yaşlı portuqal mütəxəssisin müvafiq açıqlmasını təqdim edir:
“Mən çoxlu oyunçu istəmirəm. Hər bir oyunçunun özünü vacib hiss etməsi vacibdir. Əgər oyunçular çoxlu olarsa, narazılıq baş qaldıracaq, elə, keyfiyyət də aşağı düşəcək. Futbolçunun heyətimizə düşməsi üçün Brayan Mbömo və Mateus Kunya ilə olduğu kimi iş lazımdır. Oyunçuların xasiyyətlərini və onların oyun üslublarını əsaslı surətdə qiymətləndirmək gərəkdir”, deyə Amorim vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm “Mançester Yunayted” üçün ən uğursuz dövrlərdən biri kimi tarixə köçüb. “Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında 15-ci olublar, Avropa Liqasının finalında isə “Tottenhem”ə uduzublar (0:1). Buna rəğmən, İngiltərə nəhəngi növbəti mövsümdə Ruben Amorimin rəhbərliyi altında itirilmiş mövqelərini qaytarmağa iddialıdır.