RU

“Sabah” Fransa millisinin basketbolçusunu transfer edib

Bakı, 5 avqust, AZƏRTAC

"Sabah" basketbol komandası mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Fransa millisinin 27 yaşlı basketbolçusu Jan-Mark Pansa ilə 2 illik müqavilə imzalanıb.

O, daha əvvəl Fransada "Olimpik Antibes", "Pole Frans", "JSF Nanterre" və "Nanterre" komandalarında da çıxış edib. Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark 2024-cü ildə Fransanın ProB liqasında final seriyasında oynayıb. Həmin il Eurobasket.com tərəfindən Fransanın ProB liqasında ilin ən yaxşı yerli oyunçusu seçilib.

Избранный
52
3
azertag.az

8Источники