RU

Portuqaliyalı futbolçudan “Kəpəz”ə maaş tələbi

2024/2025 mövsümündə "Kəpəz"də çıxış edən Dioqo Verdaşkanın Gəncə klubuna qayıda bilər.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi Adil Şükürov 28 yaşlı müdafiəçini yenidən heyətdə görmək istəsə də, danışıqlar yekunlaşmayıb.

Portuqaliyalı oyunçu maaşının artırılmasını istəyib. O, hələlik karyerası ilə bağlı tələsmək niyyətində olmadığını da bildirib. Verdaşka digər təklifləri də dəyərləndirdikdən sonra yekun qərar verəcək.

Qeyd edək ki, oyunçu ötən ilin sentyabrından "Kəpəz"in formasını geyinir.

İdman.biz

Избранный
9
1
idman.biz

2Источники