AZ

Sabiq futbolçusu Kəpəz dən daha çox maaş istəyir EKSKLÜZİV

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2024/2025 mövsümündə "Kəpəz"də çıxış edən Dioqo Verdaşkanın yenidən Gəncə təmsilçisində çıxış etmək ehtimalı yaranıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Adil Şükürov 28 yaşlı müdafiəçini yenidən heyətdə görmək istəsə də, danışıqlar yekunlaşmayıb. Belə ki, portuqaliyalı oyunçu maaşının artırılmasını istəyib. O, hələlik karyerası ilə bağlı tələsmək niyyətində olmadığını da söyləyib. Verdaşka digər təklifləri də dəyərləndirdikdən sonra yekun qərar verəcək.Qeyd edək ki, oyunçu ötən ilin sentyabrından "Kəpəz"in formasını geyinir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
sport24.az

2Mənbələr