RU

Azərbaycanda məhkəmə sədri özünə etiraz edib

Bakı.Trend:

Neftçala rayon Məhkəməsinin sədri Ceyhun Qədimov icraatınaverilən iş üzrə özünə etiraz edib.

Trend xəbərverir ki, iş 4 iyul 2025-ci il tarixdə Neftçala Rayon Məhkəməsinədaxil olub və “Elektron məhkəmə” informasiya sistemində qeydəalındıqdan sonra təsadüfi paylanma (bölüşdürmə) yolu ilə onunicraatına verilib.

Sədr Neftçala şəhərində özünə məxsus yaşayış yeri olmadığınagörə Neftçala Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunduğuvaxtdan etibarən kirayədə yaşadığı, 2024-cü ilin sentyabr-oktyabraylarında daha əvvəl kirayədə yaşadığı mənzildən müəyyən səbəblərəgörə çıxmalı olub.

Daha sonra tanıdığı şəxslərin köməyi ilə başqa mənzil axtarmağabaşlayıb. 2024-cü ilin oktyabr ayında iş üzrə təqsirləndirilənşəxsin Neftçala şəhərində yerləşən mənzilini kirayə verdiyiniöyrənib. Onunla hər ay 320 manat kirayə haqqına razılaşıb, 16oktyabr 2024-cü il tarixindən etibarən həmin mənzildə yaşamağabaşlayıb. Həmin vaxt və bundan sonrakı dövrdə, yəni cari ilin iyunayının sonunadək yuxarıda göstərilən cinayət işi, o cümlədən,haqqında cinayət təqibinin aparıldığı barədə, ümumiyyətlə, heç birməlumatı olmayıb. Bu barədə təsadüf nəticəsində 2025-ci ilin iyunayının sonunda məlumat alıb. Bundan dərhal sonra başqa mənzilaxtarmağa başlayıb və iyul ayının 10-da təqsirləndirilən şəxsəməxsus mənzildən çıxıb başqa evə köçüb.

Sədr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsininmüvafiq olaraq 10-cu və 28-ci maddəsində təsbit olunmuş qanunçuluq,obyektivlik, qərəzsizlik və ədalətlilik prinsiplərini rəhbərtutduğunu, hazırkı işdə də həmin prinsipləri rəhbər tututduğunu,lakin ədalət mühakiməsini həyata keçirən hakimin öz obyektivliyinə,qərəzsizliyinə və ədalətliliyinə daxili əminliyi nə qədərvacibdirsə, onun kənardan (zahirən) obyektiv, qərəzsiz və ədalətligörünməsi, habelə yalnız qanuni qərar qəbul edəcəyinə dairətrafdakı insanların inamı (etimadı) da bir o qədər əhəmiyyətliolduğunu bildirib.

Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ceyhun Qədimovun özünəetirazı qəbul edilib.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işi üzrə Neftçala RayonMəhkəməsinin sədri Ceyhun Qədimovun özünə etdiyi etiraz təminedilib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Salyan RayonMəhkəməsinə göndərilib.

Məqalədə:
Избранный
88
9
az.trend.az

9Источники