RU

Azərbaycanın Los-Ancelesdəki baş konsulu diplomatik xidmətlərinə görə mükafata layiq görülüb

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov diplomatik xidmətlərinə görə mükafata layiq görülüb.

"Report" xəbər verir ki, diplomat bu barədə özünün "X" hesabında yazıb.

Mükafatlandırma mərasimi 17-ci "Diplomat’s Diversi-Tea Gala" çərçivəsində baş tutub.

"17-ci "Diplomat’s Diversi-Tea Gala"da iştirak etməkdən və "Diplomatik xidmətlərinə görə" mükafatını almaqdan şadam! Həmkarlarımı təbrik edirəm və bu yaddaqalan hadisəyə görə möhtəşəm Eypril Satna ("Diversi-Tea Gala" şirkətinin təsisçisi və direktoru - red.) dərin təşəkkürümü bildirirəm", - V. Qurbanov yazıb.

Избранный
26
4
report.az

5Источники