RU

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana yola düşdü

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev X hesabında yazıb.

 

O, dəstəyə görə Azərbaycanın Moldovadakı səfirliyinə təşəkkür edib.

 

Diplomat bildirib ki, reabilitasiya proqramı çərçivəsində indiyədək 360 uşaq Azərbaycana gətirilib.

Избранный
31
9
modern.az

10Источники