RU

KİV: BMT əməkdaşlarının 20%-ni ixtisar etməyi planlaşdırır

BMT ABŞ-nin maliyyə yardımını dayandırmasından sonra ciddi ixtisarlara hazırlaşır.

APA xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın büdcəsinin təxminən 700 milyon dollar azaldılmasını və əməkdaş sayının 20% ixtisarını planlaşdırır.

Bu addım ABŞ-d Donald Tramp administrasiyasının mövqeyini dəyişərək BMT-yə maliyyə ayırmalarını dayandırması ilə əlaqələndirilir.

İxtisarlar yalnız BMT-nin mərkəzi strukturunu deyil, həmçinin təşkilatın humanitar və sülhməramlı missiyalar daxil olmaqla, sahə proqramlarını da əhatə edəcək.
Избранный
34
9
sherg.az

10Источники