AZ

BMT əməkdaşlarının 20%-ni ixtisar etməyi planlaşdırır - KİV

BMT ABŞ-ın maliyyə yardımını dayandırmasından sonra ciddi ixtisarlara hazırlaşır.Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın büdcəsinin təxminən 700 milyon dollar azaldılmasını və əməkdaş sayının 20% ixtisarını planlaşdırır.

Bu addım ABŞ-da Tramp administrasiyasının mövqeyini dəyişərək BMT-yə maliyyə ayırmalarını dayandırması ilə əlaqələndirilir.

İxtisarlar yalnız BMT-nin mərkəzi strukturunu deyil, həmçinin təşkilatın humanitar və sülhməramlı missiyalar daxil olmaqla sahə proqramlarını da əhatə edəcək.

Seçilən
23
9
anews.az

10Mənbələr