RU

"Niyə daha bir tarixi nəticə əldə etməyək?" - "Şkendiya"nın kapitanı

“Qarabağ”la oyunlarda maksimum gücümüzü ortaya qoyacağıq. Biz özümüzə inanmalıyıq. Niyə daha bir tarixi nəticə əldə etməyək?"

"Football-plus.az" xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah "Qarabağ"ı qəbul edəcək "Şkendiya"nın kapitanı Besart İbrahimi deyib. Qol və qollar vurmağa çalışacağını bildirən 38 yaşlı hücumçu hər şeyin özlərindən asılı olduğunu əlavə edib:
"Məqsədimizin ardınca getmək bizə bağlıdı. Qollar vurmaq üçün var gücümlə çalışacağam. İndiyə qədər bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, onlar çərşənbə axşamı da bizim 12-ci oyunçumuz olacaqlar",
Избранный
33
3
football-plus.az

4Источники