Cüdo üzrə milli komandaların Bakıdakı Təlim-Məşq Mərkəzində “Kata for All” kata festivalı keçiriləcək.
Rekord.az xəbər verir ki, BCF Akademiyasının təşkilatçılığı ilə keçiriləcək festivalda Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə məşqçilər və gənc idmançılar üçün seminar təşkil olunacaq.
Festivalın keçirilməsində əsas məqsəd məşqçilərin kata tədrisi bacarıqlarının təkmilləşdirilməsidir.
Seminar avqustun 16-17-də keçiriləcək.