AZ

Bakıda cüdo üzrə “Kata for All” festivalı keçiriləcək

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cüdo üzrə milli komandaların Bakıdakı Təlim-Məşq Mərkəzində “Kata for All” kata festivalı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, BCF Akademiyasının təşkilatçılığı ilə keçiriləcək festivalda Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə məşqçilər və gənc idmançılar üçün seminar təşkil olunacaq.

Festivalın keçirilməsində əsas məqsəd məşqçilərin kata tədrisi bacarıqlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, seminar avqustun 16-17-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
8
bakivaxti.az

9Mənbələr