Bu ilin yanvar-iyun aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 3,7 dəfə artaraq 377,2 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan İsveçrəyə ixrac: 205,3 milyon dollar (+3,3 dəfə)
İsveçrədən Azərbaycana idxal: 171,8 milyon dollar (+4,3 dəfə)
Cari ilin ilk yarısının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,54 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 1,08 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi