RU

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin layihəsi davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihənin icrası zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə (BƏCİB) Astara rayon sakini Məlik Məlikov müraciət etmişdir.

"Cebheinfo.az" xəbər verir ki, onun sağlamlığında ciddi problem olduğunu nəzərə alaraq layihə iştirakçıları onun evində olmuş problemləri ilə yaxından tanış olmuşlar. Məlik Məlikov 2-ci Qarabağ müharibəsi zamanı Xocavənd rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanaraq  müxtəlif xəstəxanalarda uzunmüddətli müalicələr alıb. Son dəfə öz vəsaiti hesabına özəl xəstəxanada əməliyyat olunsa da yenə də müalicəyə, əməliyyata ehtiyacı var. Həm də əlillik dərəcəsinin alınmasında problem yaşadığını bildirir.

İctimai birlik tərəfindən Qarabağ müharibəsi iştirakçısının probleminin həlli üçün aidiyyəti təşkilatlara müraciət edilib. Müsbət nəticələr alınacağına ümid edirik.

"Cebheinfo.az"

Избранный
6
3
cebheinfo.az

4Источники