RU

Cüdoçularımız Avropa kubokunu qələbə ilə başa vurublar

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa kuboku yekunlaşıb.

Yarışların son günündə iki azərbaycanlı idmançı — Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq qızıl medallar qazanıblar.

Daha əvvəl Nihad Məmişov (60 kq) və Abil Yusubov (73 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan başqa, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) bürünc mükafatçı olublar.

Azərbaycan yığması ümumilikdə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, komanda hesabında 26 ölkə arasında 1-ci olub.

Избранный
53
2
cbcsport.az

10Источники