RU

Litva hökuməti istefa verib

Litva hökuməti istefaya gedib.

Aktual.az xəbər verir ki, müvafiq qərar bugünkü iclasda qəbul olunub.

Qərarı elan edən hökumət başçısı Gitanas Palutskas bildirib ki, özü istisna olmaqla, Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət formalaşanadək vəzifələrinin icrasını davam etdirəcək.

Baş nazir sonda hökumət üzvlərinə təşəkkür edib:

"19-cu hökumət çox böyük fəaliyyət həyata keçirib. Hesab edirəm ki, biz utanılacaq heç bir iş görməmişik. Sizinlə işləmək mənim üçün şərəf idi”.

Qeyd edək ki, o, bir qədər əvvəl şübhəli maliyyə əməliyyatları ilə gündəmə gəlib.

Bundan sonra müxalifət hökumət rəhbərinin impiçmenti ilə bağlı kampaniyaya başlayacağını elan edib.

Избранный
7
5
ulusum.az

6Источники