RU

Azərbayan və Özbəkistan IT sahəsində birgə layihələri müzakirə edir

Azərbayan və Özbəkistan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fəal danışıqlar aparılır.

Bakues.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Oleq Pekos deyib.

“Startapların və rəqəmsal innovasiyaların dəstəklənməsi sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində “IT Park Uzbekistan” və “Sabah.Hub” (Azərbaycan) arasında birgə IT-habın yaradılması ilə bağlı aktiv danışıqlar aparılır. Bu, birgə startapların və innovativ layihələrin dəstəklənməsi, iki ölkənin ekspertlərinin iştirakı ilə təlim və akselerasiya proqramlarının keçirilməsi, perspektivli layihələrin aşkarlanması və onların beynəlxalq bazarlara çıxarılmasına yönəlmiş birgə hakatonların, “startup weekends” və demo günlərinin keçirilməsi üçün platforma olacaq”, – o bildirib.

O.Pekos vurğulayıb ki, “IT Park Uzbekistan”ın vençur bölməsi olan “IT Park Ventures” birgə akselerasiya proqramlarında iştirak edən startapların birgə maliyyələşdirilməsi, ixrac potensialı olan layihələrə yönəlmiş birgə investisiya alətlərinin, məsələn, birgə investisiya fondunun (co-investment fund) yaradılmasına açıqdır. Həmçinin, Azərbaycan və Özbəkistan startaplarının hər iki ölkədən və üçüncü bazarlardan investor sindikatları cəlb edə biləcəkləri beynəlxalq investisiya raundlarında iştirak məsələləri üzrə Azərbaycanın vençur fondları və institusional investorları ilə dialoqa maraq göstərilir.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan rəqəmsal texnologiyalar sahəsində praktiki əməkdaşlıq üçün böyük potensiala malikdir. “Hazırda isə bu dialoqun konkret fəaliyyətlərə keçə biləcəyi başlıca istiqamətləri müəyyən etmək olar. Prioritet layihələrdən biri “MyID Palm” texnologiyasının tətbiqi ola bilər. Sistem ovuc damarlarının unikal nümunəsini skan etməklə onu tanıyır və ödəniş əməliyyatını həyata keçirir. Bu texnologiya artıq Özbəkistanda tətbiq olunur. Bu həll xüsusilə ictimai nəqliyyatda, tibb və təhsildə aktualdır”.

Birinci müavin qeyd edib ki, Bakıda birgə pilot layihənin işə salınması və sonradan genişləndirilməsi təklif olunur. Özbəkistan texnologiya və işlənmiş yanaşmaları təqdim etməyə hazırdır. Azərbaycan isə onu öz SIMA rəqəmsal identifikasiya və imza platforması ilə inteqrasiya etməlidir. Mühüm addım məlumatların saxlanması və qorunması məsələləri də daxil olmaqla, texniki uyğunluq üzərində birgə iş olacaq. Belə bir layihə texnoloji həllərin mübadiləsi də daxil olmaqla, daha geniş rəqəmsal əməkdaşlıq üçün əsas ola bilər” – O.Pekos bildirib.

Müsahibənin mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Избранный
29
5
icma.az

6Источники