RU

Qalatasaray da “Devrim” havası əsir: Sevgi alovlandı, meydanda əks olundu

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Qalatasaray"ın əsas heyət üzvlərindən olan Lukas Torreira son vaxtlar şəxsi həyatı ilə də gündəmə gəlib. 

Sherg.az xəbər verir ki, yanvar ayında məşhur aktrisa Devrim Özkanla münasibətlərinə son qoyan futbolçu ilə bağlı o dövrdə bir çox transfer iddiaları yayılmışdı.

İddialara görə, Torreira Argentina klubuna keçmək istəyir və Devrim Özkanın da onunla birlikdə getməsini arzulayırdı.

Lakin "sarı-qırmızılı" klubla müqaviləsini 2028-ci ilin yayına qədər uzadan uruqvaylı futbolçunun bu addımı, cütlük arasında münasibətlərin yenidən canlanmasına səbəb olub.

"Qalatasaray"ın "Latsio" ilə oynadığı hazırlıq matçında Lukas Torreira ilə Devrim Özkan yenidən birlikdə olduqlarını açıqlayıblar.

Matçda iki qol vuran Torreira, qol sevinci zamanı əlləri ilə ürək işarəsi edərək kameralara öpüş göndərib. Devrim Özkan isə ekrana əks olunan bu anları çəkib, o da əlləri ilə ürək işarəsi edərək sosial mediada paylaşıb.

Bu qarşılaşmadan sonra yenidən bir araya gələn cütlük üçün sosial mediada çoxlu paylaşımlar edilib. İzləyicilər, Torreiranın yüksələn performansını "Devrim təsiri" ilə əlaqələndiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
sherg.az

2Источники