RU

“Qarabağ”ın pley-off-dakı rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 3-cü təsnifat mərhələsində Şimali Makedniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdırsa bilsə, növbəti raundda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab görüşü evdə olacaq.

Qeyd edək ki, pley-off matçları 19-20 və 26-27 avqustda təşkil olunacaq.

Избранный
9
20
qafqazinfo.az

10Источники