RU

Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - Fotolar

14:12 04.08.2025
14:12 04.08.2025

Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.

Əldə etdiyimiz məlumata görə, Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Onlar ailədə 2 qardaş olub. Böyük qardaş Natiq isə bu gün Tərtər kanalında faciəvi şəkildə həlak olub.

Fotoda: Vətən müharibəsi şəhidi Adil Hüseynov

Fotoda: Natiq Hüseynov


Избранный
44
18
mynews.az

10Источники