Axar.az saytına istinadən ain.az xəbər verir.
Dövlət Proqramında iştirak edən namizədlərin yekun balları ictimaiyyətə açıqlanmır. Lakin proqramın seçim qaydalarına əsasən, namizədlər topladıqları yekun bala görə sıralanır və kvota çərçivəsində ən yüksək bal toplamış şəxslər növbəti mərhələyə keçid imkanı qazanırlar.
Axar.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Dövlət Proqramı çərçivəsində magistratura təhsil səviyyəsi üzrə təhsil almaq hüququ qazanan təqaüdçülərlə bağlı mediaya açıqlamasında deyib.
Turan Topalova qeyd edib ki, xüsusilə bakalavriat və magistratura səviyyəsi üzrə namizədlərin ehtiyat siyahısı da mövcuddur:
“Bu isə o deməkdir ki, sonradan əlavə imkanlar yarandıqda ehtiyat siyahıdakı yüksək ballı şəxslər də proqramdan yararlana bilərlər”.
O qeyd edib ki, seçim tam şəkildə qaydalara uyğun və şəffaf aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.