AZ

Xaricdə Dövlət Proqramı hesabına təhsil hüququ qazana bilməyənlərin şikayətinə aydınlıq gətirilib

Xaricdə Dövlət Proqramı hesabına təhsil hüququ qazana bilməyən namizədlərin şikayətlərinə aydınlıq gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib ki, proqramda iştirak edən namizədlərin yekun balları ictimaiyyətə açıqlanmır.

Onun sözlərinə görə, xüsusilə bakalavriat və magistratura səviyyəsi üzrə namizədlərin ehtiyat siyahısı da mövcuddur: “Bu isə o deməkdir ki, sonradan əlavə imkanlar yarandıqda ehtiyat siyahıdakı yüksək bal toplayan şəxslər də proqramdan yararlana bilərlər”.

T.Topalova seçimlərin qaydalara uyğun və şəffaf aparıldığını söyləyib.

Seçilən
23
1
operativmm.az

10Mənbələr