RU

Premyer Liqa: Legionerlərə və yerlilərə ən çox şans verənlər

“Qarabağ” 2024-25 mövsümündə Azərbaycan Premyer Liqasında meydana ən çox legioner futbolçu buraxan komanda olub.

Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib.

Ağdam təmsilçisi ötən mövsüm 17 legionerə şans verib. Ən az əcnəbi isə “Səbail”də oynayıb – 12. Ən az yerli futbolçunun oynadığı klub “Zirə”dir. “Qartallar” Azərbaycan vətəndaşlığı olan 12 oyunçuya ehtiyac duyub. Bunun əksinə, “Şamaxı” yerli futbolçulara ən çox şans verən (22 oyunçu) klubdur.

Bundan əlavə, “Şamaxı”, “Sumqayıt” və “Kəpəz” 34 oyunçudan istifadə edib. Ən az göstərici isə “Araz-Naxçıvan”a məxsusdur – 25.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025-26 mövsümünə avqustun 15-də start veriləcək.

Избранный
26
7
msport.az

8Источники