RU

Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır

AzVision.az xəbər verir ki, “Gürcüstan Dəmir Yolu (GDY)” QSC-nin baş direktoru Laşa Abaşidze belə bəyanat səsləndirib.

“Artıq bu il artıq yükdaşımaların həcmi çoxalırvə Çin istiqamətindən Orta Dəhlizədək Çin yüklərinin həcmini artırmaq bizim üçün vacibdir. Ona görə də biz bu yüklərin fasiləsiz daşınmasını təmin etmək üçün bura gəldik və bu marşrut üzrə yükdaşımaların həcmini hər il artırmaq üzərində çalışırıq”,- Abaşidze vurğulayıb.

Onun səfəri zamanı Axalkalaki stansiyasına Çindən gələn qatar Türkiyə ərazisindən keçməklə Avropaya hərəkətini davam etdirəcək.

Verilən məlumatda qeyd olunur ki, BTQ dəmir yolunda qatarların hərəkəti sınaq rejimində həyata keçirilir. Bakı-Tbilisi-Qars xətti tam istifadəyə verildikdən sonra yeni Avropa-Asiya nəqliyyat dəhlizi yaranacaq ki, bu da Gürcüstanın tranzit ölkə kimi rolunu gücləndirəcək. Proqnozlara görə, yük dövriyyəsi ildə indiki 1 milyon tondan 5 milyona, gələcəkdə isə 15 milyon tona qədər arta bilər.

Xatırladaq ki, BTQ dəmir yolu xətti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhlizin mühüm hissəsidir.

Bu dəhliz Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanan Şərqlə Qərbi birləşdirən qlobal logistika şəbəkəsinin əsas elementlərindən biridir.

Bakı, Ankara və Tbilisinin birgə həyata keçirdiyi layihə regionu Yeni İpək Yolu təşəbbüsündə mühüm rol oynayacaq nəqliyyat və ticarət mərkəzinə çevirmək məqsədi daşıyır.

Sahil İsgəndərov
AzVision.az
Избранный
20
1
azvision.az

2Источники