RU

Londonda hip hop sərgisi: Eminemin döymələrindən Taysonun xatirələrinə

Londondakı "Saatchi Qalereya"sında “Hip Hop: Living A Dream” adlı foto sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə amerikalı fotoqraflar Cəmil Şabazz, Cozef Rodriqes və Qreqori Bojorquesin işləri nümayiş olunur.

Ekspozisiya Eminemin döymələri, Mayk Taysonun Las-Veqasdakı həyatından fraqmentlər və hip-hopun 1970-ci illərdəki kökləri ilə bu günə qədər keçdiyi yolu əhatə edir.

Qeyd edək ki, sərgi əvvəlcə Almaniyanın Köln şəhərində nümayiş olunub və böyük maraqla qarşılandıqdan sonra Londona gətirilib.

Избранный
8
1
kulis.az

2Источники