RU

Kl: Azərbaycan klublarının potensial rəqibləri

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənəcək. Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.

Püşkatmada “Araz-Naxçıvan” – “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” – Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.

“Sabah”ın potensial rəqibləri

“AZ Alkmaar” (Niderland) – “Vaduz”(Lixtenşteyn) cütünün qalibi
“Anderlext” (Belçika) – “Şerif” (Moldova)
“Luqano” (İsveçrə) – “Selje” (Sloveniya)
“Rayo Valyekano” (İspaniya)
“Rasinq” (Fransa)

“Araz Naxçıvan”ın potensial rəqibləri

“Riqa” (Latviya) – “Beitar” Yerusəlim (İsrail) cütünün qalibi
PAOK FK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu (Avroliqa)
“Rusenborq” (Norveç) – “Hammarbü” (İsveç) cütünün qalibi
“Hekken” (İsveç) – “Brann” (Norveç) cütünün məğlubu (Avroliqa)

Избранный
41
5
futbolpress.az

9Источники