RU

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə iyul ayında 13 mindən çox müraciət daxil olub

2025-ci ilin iyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 541 müraciət daxil olub. Bu barədə qurumun yaydığı məlumatda bildirilir.

Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib. Statistikaya əsasən, BŞTİ-nin 146-1 Çağrı Mərkəzinə 8 124 zəng, Vətəndaşların Qəbulu Mərkəzinə isə 2 607 müraciət daxil olub.

Ay ərzində quruma ümumilikdə 2 336 sənəd təqdim olunub. Onların arasında 350 vətəndaş ərizəsi, Elm və Təhsil Nazirliyindən 496, digər qurumlardan 220, tabelikdə olan təhsil müəssisələrindən 558 məktub və 712 kadr ərizəsi yer alıb. Bundan əlavə, 474 elektron müraciətə baxılıb.

Müraciətlər əsasən məktəbəqədər təhsilə qəbul, müəllimlərin əmək müqavilələrinin müddətinin uzadılması, işə qəbul və digər təşkilati məsələlərlə bağlı olub.

Gülnar

Избранный
18
7
anews.az

9Источники