RU

Bank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi məqsədilə növbəti kredit sazişi imzalayıb

Bakı. Trend:

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcıbanklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üçünAvropa Fondu (EFSE) yeni kredit sazişi imzalayıblar. Bu sazişçərçivəsində bank 15 milyon avro məbləğində vəsait cəlb edəcək vəbu vəsait milli valyutada təqdim olunacaq.

4 il müddətinə nəzərdə tutulmuş kredit, mikro, kiçik və ortasahibkarlıq subyektlərinin, həmçinin qadın sahibkarların dahaəlverişli şərtlərlə maliyyələşdirilməsinə imkan verəcək. BankRespublikanın geniş filial şəbəkəsi sayəsində bu vəsaitlər ölkəninbütün regionlarında fəaliyyət göstərən sahibkarlarındəstəklənməsinə xidmət edəcək.

İmzalanmış saziş Bank Respublika ilətərəfdaşlığımızın möhkəmliyini bir daha təsdiqləyir. Düşünürük ki,milli valyutada uzunmüddətli maliyyələşdirmə kiçik və orta biznesinsabit və inamlı inkişafı üçün əlverişli şərait yaradacaq”,- deyə EFSE-də Finance in Motion portfel meneceriYasminka Beqert qeyd edib.

“EFSE ilə əməkdaşlığımızın növbəti mərhələsitərəfdaşlığımızın yüksək etimada əsaslandığını və strateji xarakterdaşıdığını nümayiş etdirir. Cəlb olunan vəsaitlər bizim üçünprioritet olan real sektorun, xüsusilə də kiçik və orta biznesinkreditləşdirilməsinin gücləndirilməsinə xidmət edəcək.Bizim üçün əsas məqsəd - xarici maliyyəni sadəcə cəlb etməkdeyil, onu ölkə üzrə sahibkarlar üçün real imkanlaraçevirməkdir. Əminik ki, bu vəsaitlər yeni iş yerlərininyaradılmasına, dayanıqlı layihələrin həyata keçirilməsinə vəAzərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək",- deyə “Bank Respublika”nın İdarə Heyətinin sədriTariyel İsmayılov bildirib.

Избранный
21
8
az.trend.az

9Источники