RU

Kamçatkada Mutnovski vulkanı aktivləşib

Kamçatkadakı Mutnovski vulkanında daxili aktivliyin artdığını göstərən istilik anomaliyası qeydə alınıb. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Qeyd olunub ki, davamlı artçı təkanlar axını səbəbindən Mutnovski vulkanının dəqiq seysmik monitorinqi və onun püskürmələrinin dəqiq proqnozlaşdırılması mümkün deyil. 

Mütəxəssislərə görə, bu vulkanın ərazisinə səfər etmək son dərəcə təhlükəlidir və qətiyyən tövsiyə edilmir.

Xatırladaq ki, iyulun 30-da baş verən 8,8 bal gücündə güclü zəlzələdən sonra Kamçatkada vulkanik aktivlik artıb. 

Gülşən Şərif

Избранный
18
2
bakivaxti.az

3Источники