RU

Rusiya Qərbə hansı mesajı verir?

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiya Cənubi Qafqaz üzərindən Qərbə hələ də regionda mövcud olduğu mesajını verir və bu coğrafiyada baş verən istənilən situasiyada Moskvanın maraqlarının nəzərə alınmalı olduğunu bildirir. Son günlər Kremlin regionda hərbi üstünlüyünü artırması cəhdləri də buna hesablanıb".Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, NATO-nun Cənubi Qafqaza doğru sirayət etməsi və regionda hərbi təlim keçirmək istəyini ortaya qoyması Moskvanı hərəkətə keçirib:"Elə son günlər Ermənistandakı Gümrü hərbi bazasının əlavə texnika, qüvvə ilə təmin edilməsi də buna hesablanıb. Ancaq Rusiya unudur ki, hərbi baxımdan NATO ilə qarşı-qarşıya gələcək səviyyədə və gücdə deyil. Çünki Ukrayna ilə davam edən müharibədə Rusiya hərbi sənayesinə ciddi şəkildə ziyan dəyib, xeyli sayda döyüş texnikaları sıradan çıxıb. Belə bir şəraitdə Rusiya nəinki NATO-ya, hətta hərbi alyansın bir üzvünə qarşı belə duruş gətirə bilməz. Sadəcə dediyim kimi Rusiya bununla görüntü yaradır və Cənubi Qafqazda mövcud olduğunu sübuta yetirməyə çalışır".İctimai birlik sədri onu da deyib ki, Rusiya artıq Cənubi Qafqazdakı proseslərə ciddi şəkildə təsir göstərəcək gücdə, potensialda deyil:"Çünki artıq region ölkələri də Cənubi Qafqazın Rusiyasız, Kremlin təsir dairəsindən kənar addımlar atması, inkişaf etməsini istəyir. Düzdür, əvvəllər İrəvan istənilən addımı atarkən Rusiya ilə məsləhətləşir, Moskvanın razılığı olmadan hər hansı müstəqil siyasət yürüdə bilmirdisə, indi artıq Ermənistan hakimiyyəti də Rusiyasız Cənubi Qafqaz arzusundadır və region ölkələri, xüsusilə də Azərbaycanla münasibətləri normallaşdırmaqdan alternativ bir yol görmür".Arzuman Muradlı onu da deyib ki, Rusiya artıq mövcud reallıqlarla barışmalı və Cənubi Qafqazda varlığının sonuclandığını qəbul etməlidir.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
1
newscenter.az

2Источники