ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq."Football-plus.az" xəbər verir ki, “Sabah” və “Araz-Naxçıvan”ın da potensial rəqibləri bəllidi.Masazır təmsilçi 3-cü təsnifat mərhələsində "Levski"ni (Bolqarıstan) keçsə, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn), “Anderlext” (Belçika) – “Şerif” (Moldova), “Luqano” (İsveçrə) – “Selye (Sloveniya) cütlərinin qalibi və ya “Rayo Valyekano” (İspaniya), “Strasbur” (Fransa) klublarından biri ilə qarşılaşacaq.“Araz-Naxçıvan” - "Omoniya" (Cənubi Kipr) duelinin güclüsü isə “Riqa” (Latviya) – “Beytar Yerusalem” (İsrail), PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya), “Rusenborq” (Norveç) – "Hammarbü" (İsveç) və “Həkken” (İsveç) – “Brann” (Norveç) cütünün qalibinə rəqib olacaq.Püşk saat 16.00-da atılacaq.Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.