RU

İyul ayında 13 541 müraciət daxil olub



İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 541 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 124 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 607 müraciət daxil olub.

Newscenter.az xəbər verir ki, BŞTİ-yə 2 336 sənəd (vətəndaşlar tərəfindən 350 ərizə, Elm və Təhsil Nazirliyindən 496, digər qurumlardan 220, tabelikdə olan təhsil müəssisələrindən 558 məktub və 712 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 474 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Ruhiyyə Mehdiyeva
Избранный
16
3
newscenter.az

9Источники