ABŞ və Yunanıstan arasında 2021-ci ildə imzalanmış Müdafiə Əməkdaşlığı Sazişinin daha 5 il uzadılması və bəzi düzəlişlərin edilməsi üçün iki ölkə arasında danışıqlar davam edir.
Publika.az xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti məlumat yayıb.
Bildirilib ki, tərəflər protokolda mümkün dəyişikliklərlə bağlı bir-birlərinə müxtəlif təkliflər irəli sürüb. Bu çərçivədə Yunanıstan nümayəndə heyəti ABŞ-a Mərkəzi Egeydəki İskiri (Skiros) adasında hərbi baza yaratmağı təklif edib, lakin rədd cavabı alıb.
Sözügedən düzəlişlə yanaşı, digər tələblər arasında ABŞ-ın Kritin Suda şəhərindəki hava və dəniz bazasının modernləşdirilməsi, ABŞ hərbi qüvvələri tərəfindən Qərbi Trakiyanın Xanthi şəhərinin Kayalar (Petrohori) kəndində hədəf atış poliqonunun istifadəsi, ABŞ-ın Salonikidəki hərbi mövcudluğunun artması və bu çərçivədə Yunan Quru Qoşunlarına aid Dalipi hərbi kazarmalarının ayrılması var.