RU

“Qarabağ”ın pley-off-da mümkün rəqibi bəlli olacaq

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasınınpley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Trend xəbərverir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensialrəqibini öyrənəcək.

Püşkatma zamanı “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütüsəpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-offmərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeydedilən komandalardan biri ilə qarşılaşacaq:

- “Bude-Qlimt” (Norveç)
- “Seltik” (Şotlandiya)

Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biriilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və26/27 avqust tarixlərində keçiriləcək.

Bu gün həmçinin Avropa Liqasının da pley-off mərhələsinin püşküatllacaq. Bu zaman “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya)cütünün məğlunun da rəqibi bəlli olacaq. Avroliqadapley-mərhələsinin püşkatma mərasimi isə Bakı vaxtı ilə saat15:00-da başlanacaq.

Избранный
52
16
az.trend.az

10Источники